Nikol Paşinyan istefa verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan və rəhbərlik etdiyi hökumət səlahiyyətlərini rəsmi şəkildə dayandırıb.
BAKU.WS xəbər verir ki, Paşinyan bu barədə sosial şəbəkə hesabında paylaşım edərək istefa verdiyini bildirib.
Məlumata görə, bu addım siyasi böhranla bağlı deyil, ölkə Konstitusiyasının tələblərinə uyğun həyata keçirilən prosedurdur. Yeni çağırış parlamentin ilk iclasının keçirilməsi ilə hökumət avtomatik olaraq istefa vermiş hesab olunur.
Ermənistan Konstitusiyasının 158-ci maddəsinə əsasən, parlament fəaliyyətə başladıqdan sonra Nazirlər Kabineti səlahiyyətlərini təhvil verir və yeni hökumətin formalaşdırılması prosesinə başlanılır.
Yeni kabinet təsdiqlənənədək mövcud nazirlər öz vəzifələrini icra etməyə davam edəcəklər. Yeni Baş nazir isə hakim parlament çoxluğunun təqdimatı əsasında ölkə prezidenti tərəfindən təyin olunacaq.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...