Sebutada miqrant faciəsi: Dəniz yolu ilə İspaniyaya keçmək istəyən 72 nəfər ölüb

Sebutada miqrant faciəsi: Dəniz yolu ilə İspaniyaya keçmək istəyən 72 nəfər ölüb
Dünya 16

İspaniyanın Şimali Afrikadakı Sebuta (Seuta) şəhərinə kütləvi miqrant axını zamanı azı 72 nəfər həyatını itirib.

BAKU.WS xəbər verir ki, iyulun 31-də dəniz yolu ilə İspaniya ərazisinə keçməyə çalışan on minlərlə miqrantın böyük hissəsi sonradan Mərakeşə geri qaytarılıb. İspaniya hərbçiləri və polis əməkdaşları onların sərhədə qədər müşayiət olunmasını təmin edib.

Məlumata görə, miqrantların bir qismi üzmə yolu ilə sahilə çatmağa çalışıb. Hadisələr zamanı dənizdə bir neçə nəfərin meyiti, eləcə də atılmış xilasetmə vasitələri və üzgüçülük avadanlıqları aşkarlanıb.

Kütləvi axının səbəbləri ilə bağlı müxtəlif versiyalar səsləndirilir. İddialardan birinə görə, sosial şəbəkələrdə İspaniyaya asanlıqla keçidin mümkünlüyü barədə yayılan paylaşımlar insanları bu addıma sövq edib. Sosial mediada "İspaniya açıqdır" məzmunlu çağırışların geniş yayıldığı bildirilir.

Miqrantların böyük hissəsinin Mərakeş vətəndaşları olduğu qeyd olunur. Onların bir çoxu Sebutaya çatdıqdan sonra Avropanın digər bölgələrinə keçidin mümkün olmadığını anlayaraq geri qayıdıb.

Hadisə Avropada miqrasiya siyasəti ilə bağlı siyasi müzakirələri də yenidən gündəmə gətirib. İspaniya hökuməti miqrasiya böhranı fonunda sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində tədbirlər görür.

Sebutada isə sərhəd xəttinin dənizə doğru uzadılması və üzmə yolu ilə keçidlərin qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirlərinin görülməsi planlaşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər