Cənubi Koreyada son 122 ilin temperatur rekordu qırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyada anomal isti hava dalğası davam edir. Ölkənin Yansan şəhərində son 122 ilin ən yüksək temperaturu qeydə alınıb.
BAKU.WS xəbər verir ki, Koreya Meteorologiya Administrasiyasının (KMA) məlumatına görə, şəhərdə günorta saatlarında havanın temperaturu 40,9 dərəcə olub. Gün ərzində isə temperatur 42 dərəcəni keçib.
Məlumata görə, bu göstərici 1904-cü ildən bəri, yəni ölkədə rəsmi meteoroloji qeydlərin aparıldığı dövrdən bu yana Cənubi Koreyada qeydə alınan ən yüksək temperatur hesab olunur.
Yansan şəhərində temperaturun ardıcıl beş gün ərzində 40 dərəcədən yuxarı olduğu bildirilib. Mütəxəssislər bunun bölgədə davam edən güclü isti hava dalğası nəticəsində istiliyin tədricən toplanması ilə bağlı olduğunu qeyd edirlər.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...