SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


BAKU.WS
-in Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib.

R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirlənidirilir. Hazırlıq iclasında onun anket məlumatları dəqiqləşdirilib.

Keçmiş icra başçısı barəsində olan ev dustaqlığı dəyişdirilərək haqqında həbs-qətimkan tədbiri seçilib. R.Alışov məhkəmə zalında həbs edilib.

Məhkəmə prosesi dekabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

BAKU.WS