Qəbələdə güclü yanğın baş verib
26
iyl
2026
13:11
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
***
Qəbələdə güclü yanğın başlayıb.
Məlumata görə yanğın yeni tikilməkdə olan Aquaparkda qeydə alınıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Oxşar xəbərlər
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb
Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirl...