Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu nəticə göstərib.
BAKU.WS Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, milli üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb.
T.Smilovenko həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.
Xatırladaq ki, bu idmançının Azərbaycan millisinin tərkibində qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çempionatında 3-cü yeri tutub.
Qalereya
Oxşar xəbərlər
Mark Hakef: "Memorandum Azərbaycan-ABŞ münasibətlərinin inkişafına töhfə verəcək"
Memorandumun imzalanması Azərbaycan və ABŞ münasibətlərinin daha da inkişaf etməsinə öz töhfəsini verəcək. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ABŞ-n...