"Liverpul" Mamardaşvili ilə bağlı qərarını verdi
İngiltərənin "Liverpul" klubu gürcüstanlı qapıçı Giorgi Mamardaşvilinin növbəti mövsümü icarə əsasında başqa komandada keçirməsini planlaşdırır.
BAKU.WS xəbər verir ki, bu barədə "TeamTalk" nəşri məlumat yayıb.
Məlumata görə, Mersisayd təmsilçisi əsas qapıçı Alisson Bekeri komandada saxlamaq niyyətindədir. 33 yaşlı braziliyalı qolkiperin yeni mövsümdə də əsas heyətin dəyişməz üzvlərindən biri olacağı bildirilir.
İtaliyanın "Yuventus" klubu Alissonun transferində maraqlı olsa da, "Liverpul" rəhbərliyi təcrübəli qapıçının satışına razılıq verməyib. Klub rəhbərliyi Endryu Robertson və Məhəmməd Salahın komandadan ayrılmasından sonra uzun illər əsas heyətdə çıxış edən Alissonun heyətdə qalmasını vacib hesab edir.
Qeyd edək ki, Alisson Beker 2018-ci ildən "Liverpul"un formasını geyinir. Giorgi Mamardaşvili isə daha çox oyun praktikası qazanması üçün növbəti mövsümdə icarəyə göndərilə bilər.
Oxşar xəbərlər
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilove...