Bağlanacağı deyilən Bakı Qızlar Universitetinin rektoru DANIŞDI
Bakı Qızlar Universitetinin bağlanacağaı iddia edilir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə bu universitetin bağlanacağı ilə bağlı məlumatlar paylaşılır. Qeyd edilir ki, bəzi ixstisaslarda müəyyən uyğunsuzluqlar aşkarlanıb.
Universitetin tələbələri və məzunları isə buna etiraz edərək bildirirlər ki, təhsil ocağında hansısa problem yaşanmayıb.
Məsələ ilə bağlı Universitetin rektoru bildirdi ki, təhsil müəssisəsinin bağlanacağı haqqında hansısa məlumat yoxdur. Qeyd edilən pozuntular ötən il aşkarlanıb və bu il öz həllini tapıb. Hətta bəzi işlərin görülməsi davam etdirilir.
Məsələ ilə bağlı Təhsil Nazirliyinə də müraciət etdik. Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, qeyri-iş günüdür. Yalnız həftənin ilk iş günündə sorğunu cavablandıra bilərlər.
Oxşar xəbərlər
Sabah bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın magistral avtomobil yollarında sentyabrın 17-də müşahidə ediləcək vəziyyət açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xi...