Malayziya yenidən "Formula-1" təqviminə qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
"Formula-1" üzrə dünya çempionatının bu il Bəhreyndə keçirilməsi planlaşdırılan Qran-pri mərhələsi Malayziyaya köçürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Malayziya Qran-prisi oktyabrın 2-dən 4-dək "Sepanq" trasında təşkil olunacaq.
Xatırladaq ki, "Formula-1" rəhbərliyi mart ayında Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar Bəhreyn və Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan Qran-pri yarışlarını təxirə salmışdı. Bəhreyn mərhələsinin aprelin 10-12-də, Səudiyyə Ərəbistanı mərhələsinin isə aprelin 17-19-da baş tutması planlaşdırılırdı.
Qeyd edək ki, Malayziya 1999–2017-ci illərdə "Formula-1" yarışlarına ev sahibliyi edib. "Sepanq" trasında ən çox qələbə qazanan pilot Almaniya təmsilçisi Sebastyan Fettel olub. Bu trasda keçirilən son yarışın qalibi isə Niderlandlı Maks Ferstappen olmuşdu.
Oxşar xəbərlər
İranda COVID-19-a yoluxma artır
İranda qrip və COVID-19-a yoluxma artır, ölüm halları qeydə alınır. BAKU.WS "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tehran Tibb Elmləri Universit...