Türkiyədə ət emalı müəssisəsində kütləvi zəhərlənmə: Onlarla işçi xəstəxanaya aparıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Bolu vilayətində fəaliyyət göstərən ət emalı müəssisəsində baş verən zəhərlənmə nəticəsində onlarla işçi xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.
Məlumata görə, müəssisənin ət kəsimi sahəsində çalışan 34 işçi qəfil özlərini pis hiss etdikdən sonra tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
İlkin ehtimallara əsasən, işçilər müəssisədə dezinfeksiya məqsədilə istifadə olunan kimyəvi maddənin təsirindən zəhərləniblər.
Hazırda zərərçəkənlərin səhhətinin qənaətbəxş olduğu bildirilir.
Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...