"Müsəlman Birliyi” adlı hərəkatın üzvünün evindən xeyli sayda silah-sursat tapılıb.


BAKU.WS
-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs qəti imkan tədbiri seçilmiş Elçin Qasımovun "Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib.
 
Onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd "Makarov” markalı tapança, 1 ədəd "F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.

Ziya Səccad

BAKU.WS