Bakıda dindarlar aksiya keçirdi: 20 nəfər saxlanılıb (FOTO, VİDEO)
Dünən axşam saatlarında 100-ə yaxın islamçı Bakıxanov qəsəbəsində etiraz aksiyası keçirib. BAKU.WS-in Virtualaz.org saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsində yerləşən bölməsinin qarşısına toplaşmış dindarlar "Müsəlman birliyi hərəkatı”nın sədr müavini Elçin Qasımlının polis tərəfindən saxlanmasına etirazlarını bildiriblər. Deyilənlərə görə, Elçin Qasımlı Bakı məscidlərinin birində namaz qılandan sonra polis əməkdaşları tərəfindən saxlanıb. Bundan hiddətlənən islamçılar və "Müsəlman birliyi hərəkatı”nın fəal üzvlərinin bir qrupu E.Qasımlının hazırda saxlandığı polis bölməsinin binasını əhatəyə alıblar. Onlar E.Qasımlının dərhal azad olunmasını tələb edib. Amma dindarların bu aksiyası polis tərəfindən dağıdılıb. Daxili İşlər Nazirliyi Daxili Qoşunların bölmələri Sabunçu Rayon Polis İdarəsinin binasının ətrafına yeridilib. Daxili Qoşun bölmələri polis idarəsinin binasını dövrəyə alıblar. Binaya heç kimin yaxınlaşmasına imkan verilməyib. Bütün giriş-çıxışlar bağlanıb. İslamçıların liderlərindən biri Elçin Qasımlı və digər radikal dini fəallar hazırda RPİ-nin binasında saxlanılır. Qeyd edək ki, islamçıların kortəbii etiraz aksiyası dağıdılarkən artıq 20-dən çox adam saxlanılıb. Aksiya zamanı saxlanılanlar arasında "Müsəlman birliyi hərəkatı”nın üzvləri Ağaəli Yəhyayev, Elxan İsgəndərov və digərləri var. Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov da şəxsən hadisə yerində olub. BAKU.WS
Oxşar xəbərlər
Şamaxıda iğtişaş: camaat seçkinin nəticələrinə etiraz edir (VİDEO)
Şamaxıda 1 noyabr parlament seçkilərinin nəticələrinə etirazlar başlayıb. BAKU.WS-in virtualaz.org saytına istinadən verdiyi məlumata görə, seçkinin nəticələri...