Nardaranda ATV-nin avtomobili daşa basılıb, sürücüsü döyülüb (FOTO)

Nardaranda ATV-nin avtomobili daşa basılıb, sürücüsü döyülüb (FOTO)
Hadisə 1155

Bakının Nardaran qəsəbəsində etiraz aksiyası keçirilir. BAKU.WS-in Report saytına istinadən verdiyi məlumata görə, qəsəbəyə çəkilişə gələn "Azad Azərbaycan” Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum edib. Avtomobil daşa basılıb, sürücüsü isə döyülüb. Bir neçə nəfər Report İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib. Lakin sürücü Müşfiq Novruzov ərazidən uzaqlaşa bilib. Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı polisə atəş açılıb. İkisi polis olmaqla, 3 nəfərin öldürülməsi haqda məlumatlar yayılıb. Ziya Səccad

BAKU.WS

Oxşar xəbərlər

Hüquq-mühafizə orqanları əməkdaşları Nardarana səfərbər olub (RƏSMİ)

Hüquq-mühafizə orqanları əməkdaşları Nardarana səfərbər olub (RƏSMİ)

Bakının Sabunçu rayon, Nardaran qəsəbəsində baş verən atışma ilə bağlı bütün rayon prokurorluğunun əməkdaşları hadisə yerinə səfərbər olub. Bu barədə hüquq-müh...

1800 Hadisə 15:46 26 noyabr 2015

Son xəbərlər