SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya mətbuatında Türkiyə F-16-ları təfindən vurulan rus təyyarəsinin yeni eksklüziv kadrları yayılıb. 
 
BAKU.WS-in məlumatına görə, ANNA news agentliyinin çəkiliş qrupu rus pilotların xilasetmə əməliyyatlarını əvvəldən axıradək lentə alıb. Helikopterlər rus pilotun olduğu zonaya düşməyə çalışır. Amma yerdən helikopterlərə doğru atəş açılır.  
 
Xatırladaq ki, dünən səhər saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus olduğu iddia edilən SU-24 qırıcı təyyarəsi Türkiyə ilə sərhəddə vurulub. Türkiyəyə məxsus F-16-lar ölkənin hava məkanını pozan hərbi təyyarəni Suriya sərhədindəki Kızıldağ bölgəsində vurub. 
Rusiya döyüş təyyarələri bir müddətdir ki, türkmənləri də hədəf alan hava hücumları təşkil edir. Rusiya bölgədə daha çox Su-30 və Su-24 tipli təyyarələr istifadə edir. Bu təyyarələr nisbətən köhnə olan Miq-23-lərlə müqayisədə daha inkişaf etmiş texnologiyalarla təchiz edilib. 
 
BAKU. WS ekslüziv kadrları sizə təqdim edir: