Bakıda söküntü sahəsində faciə baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, köhnə binaların söküntüsü ilə məşğul olan "Mənzərə" MMC-nin söküntü sahəsində baş verib.

Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS