Bakıda söküntü ərazisində faciə - Fəhlə traktorun altında qaldı

Bakıda söküntü ərazisində faciə - Fəhlə traktorun altında qaldı
Hadisə 1828
Bakıda söküntü sahəsində faciə baş verib.Trend-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, köhnə binaların söküntüsü ilə məşğul olan "Mənzərə" MMC-nin söküntü sahəsində baş verib.Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb.Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS

Son xəbərlər