Bakının bu ərazilərində bütün köhnə tikililər söküləcək – VİDEO
27
okt
2017
22:00
Paytaxtın “Papanin” və “Kubinka” kimi tanınan ərazilərdə bütün köhnə tikililər söküləcək. BAKU.WS-in xəbərinə görə, Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Qurban İsmayılov Xəzər TV-yə bildirib ki, artıq Nəsimi rayonunun bir neçə hissəsində söküntü işlərinə başlanılıb. Nəsimi rayon icra hakimiyyəti rəsmisinin sözlərinə görə, sahibkarların da yeni binaların inşasına marağı böyükdür və bunun üçün çoxsaylı müraciətlər var. Paytaxtda istismara yararsız binaların sökülərək yerində müasir binaların inşası və həmin binalardan orada yaşayan sakinlərə yeni mənzillərin verilməsi layihəsi dövlət başçısının göstərişi əsasında həyata keçirilir. Söküntü işləri zamanı ərazidə yaşayan sakinlərin yeni bina hazır olanadək bütün kirayə haqları dövlət tərəfindən qarşılanır. BAKU.WS
Oxşar xəbərlər
Bakıda böyük söküntü nə vaxt başlayacaq? - AÇIQLAMA
Bakının 1-ci mikrorayon ərazisində köhnə beşmərtəbəli binaların sökülməsi və onların yerinə yenilərinin tikilməsi uzunmüddətli prosesdir. BAKU.WS xəbər verir k...