VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Hava Yollarının J2-255 Bakı (GYD) - Naxçıvan (NAJ) reysini yerinə yetirən hava gəmisi uçuş zamanı quş ilə toqquşub.

BAKU.WS-in AZAL-a istinadla verdiyi məlumata görə, bununla əlaqədar olaraq hava gəmisinin komandiri Heydər Əliyev Beynalxalq Aeroportunda qayıtmaq barədə qərar qəbul edib. Təyyarə müvəffəqiyyətlə eniş edib.

AZAL-dan bildirilir ki, həmin reysin sərnişinləri Naxçıvana digər təyyarə ilə göndəriləcək.

Reysin statusu www.airport.az saytında əks etdiriləcək.

Quş ilə toqquşan təyyarə hal hazırda mühəndis-texniki heyət tərəfindən inspeksiya olunur.

Şahin
BAKU.WS