Moskva-Bakı reysi ilə uçan təyyarə "Vnukovo" hava limanına qayıdıb

10
fev
2018
15:43
“Texniki nasazlıq ilə əlaqədar olaraq, Azərbaycan Hava Yollarının J2-808 Moskva (VKO) - Bakı (GYD) reysi yubanır”. AZAL-dan BAKU.WS-ə verilən xəbərə görə, texniki nasazlıq uçuşdan sonra aşkar edilib və bununla əlaqədar olaraq hava gəmisinin komandiri "Vnukovo" havalimanına qayıtmaq barədə qərar qəbul edib. “Bu reysin sərnişinləri Bakıya daha tutumlu təyyarə ilə yerinə yetiriləcək bugünkü J2-809 reysi ilə göndəriləcək. Planlaşdırılmış uçuş vaxtı Bakı vaxtı ilə saat 16:30, Vnukovo aeroportuna eniş isə yerli vaxtla saat 18:40-dır. Qeyd edək ki, lazım gələrsə, aviaşirkətin qaydalarına əsasən yubanan reysin sərnişinlərinin bütün lazımi ehtiyacları təmin olunacaq,” – deyə məlumatda qeyd olunub.BAKU.WS

Oxşar xəbərlər
Rusiyaya yağan güclü qar Moskva-Bakı aviareyslərində gecikmə yaradıb
Moskva şəhərindən Bakıya uçmalı olan iki aviareys hava şəraitinin pis olması səbəbindən gecikir.BAKU.WS “Report”a istinadən xəbər verir ki, "Şeremetyevo" hava l...