İngiltərə təyyarəsi Bakıda məcburi eniş edib
11
dek
2017
22:21
“British Airways” şirkətinin “Boeing 777” təyyarəsi dekabrın 11-də Bakıda məcburi eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportundan BAKU.WS-ə bildiriblər ki, Mumbai-London istiqamətində uçan təyyarədə tüstülənmə yarandığına görə hava gəmisinin kapitanı Bakıda məcburi eniş etmək barədə qərar qəbul edib.Müvəffəqiyyətlə yerə enən təyyarə hazırda Bakı aeroportundadır və texniki baxışdan keçirilir.Təyyarənin içərisində 135 sərnişin və 17 heyət üzvü olub.BAKU.WS
Oxşar xəbərlər
Təyyarə yarı yolda eniş etməyə məcbur oldu – səbəbi bütün dünyanı güldürdü
Yox, təyyardə heç bir nasazlıq olmayıb. Hər şey qaydasında olub, uçuş da öz qaydasında davam edirmiş. Amma qəfildən salonda hay-küy düşüb. Ər-arvad arasında baş...