Təyyarə Bakıda məcburi eniş etdi: iki sərnişin xəstəxanada

Təyyarə Bakıda məcburi eniş etdi: iki sərnişin xəstəxanada
Hadisə 3720

Pakistan Beynəlxalq Hava Yollarının (Pakistan International Airlinesn) Mançester-İslamabad marşrutu ilə uçan təyyarəsi (RK-702 reysi) fövqəladə vəziyyətə görə bu gün Heydər Əliyev Bakı beynəlxalq aeroportunda məcburi eniş edib.

Virtualaz.org bildirir ki, bu barədə Pakistanın Samaa telekanalı məlumat yayıb.

Pakistan aviaşirkətinin nümayəndəsi telekanalın jurnalistinə bildirib ki, bu reysin iki sərnişini təcili Bakı klinikalarından birinə çatdırılıb.

Telekanalın məlumatına görə, Pakistanın Bakıdakı səfirliyinə bu hadisə haqqında məlumat verilib.

Həmin iki sərnişini klinikaya göndəriləndən sonra təyyarə İslamabada yola düşüb.

BAKU.WS

Oxşar xəbərlər

Bakıda həyəcanlı anlar: Təyyarə məcburi eniş etdi

Bakıda həyəcanlı anlar: Təyyarə məcburi eniş etdi

""Air İndia" aviaşirkətinə məxsus London-Mumbay marşrutu üzrə reys həyata keçirən təyyarə ötən gün gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına məcbu...

2716 Hadisə 16:15 11 iyul 2016

Son xəbərlər