Bakıdan Naxçıvana gedən təyyarə havada quşla toqquşdu
09
apr
2018
10:15
Azərbaycan Hava Yollarının J2-255 Bakı (GYD) - Naxçıvan (NAJ) reysini yerinə yetirən hava gəmisi uçuş zamanı quş ilə toqquşub. BAKU.WS-in AZAL-a istinadla verdiyi məlumata görə, bununla əlaqədar olaraq hava gəmisinin komandiri Heydər Əliyev Beynalxalq Aeroportunda qayıtmaq barədə qərar qəbul edib. Təyyarə müvəffəqiyyətlə eniş edib. AZAL-dan bildirilir ki, həmin reysin sərnişinləri Naxçıvana digər təyyarə ilə göndəriləcək.Reysin statusu www.airport.az saytında əks etdiriləcək.Quş ilə toqquşan təyyarə hal hazırda mühəndis-texniki heyət tərəfindən inspeksiya olunur.ŞahinBAKU.WS
Oxşar xəbərlər
Moskva-Bakı reysi ilə uçan təyyarə "Vnukovo" hava limanına qayıdıb
“Texniki nasazlıq ilə əlaqədar olaraq, Azərbaycan Hava Yollarının J2-808 Moskva (VKO) - Bakı (GYD) reysi yubanır”. AZAL-dan BAKU.WS-ə verilən xəbərə görə, texni...