SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nəsimi rayonu ərazisində zəncirvari yol qəzasa baş verib.

BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, qəzaya Mirəli Qaşqay küçəsində yol nişanının tələbinə əməl etməyən "90-NA-690" dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobilin sürücüsü səbəb olub.

O, Abbasqulu Ağa Bakıxanov küçəsində yüksək sürətlə hərəkət edən "BMW" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən BMW də yol kənarında dayanmış "99-CE-514" dövlət qeydiyyat nişanlı "Opel"ə dəyib. Hadisə nəticəsində hər üç avtomobil deformasiyaya uğrayıb.

Qəza yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Baş vermiş qəza ilə əlaqədar avtotexniki ekspertiza təyin edilib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

BAKU.WS