Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı
13
sen
2026
18:46
Türkiyənin Mersin limanında Cənubi Amerikadan gələn yük gəmisində təxminən 350 kiloqram kokain aşkarlanıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Türkiyə Baş Təhlükəsizlik İdarəsinin Narkotiklə Mübarizə İdarəsinin koordinasiyası ilə İstanbul və Mersin polisinin iştirakı ilə keçirilib.
Gəmidə aparılan axtarış zamanı ümumi çəkisi təxminən 350 kiloqram olan 12 böyük paketdə kokain aşkarlanıb.
Əməliyyat zamanı, həmçinin dalğıc avadanlıqları və sualtı skuter ləvazimatları müsadirə edilib.
Faktla bağlı 9 şübhəli şəxs barəsində araşdırma başlanılıb.
Oxşar xəbərlər
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi: 72 nəfər ölüb
Sudanın şimalında, Misirlə sərhəd bölgəsində yerləşən qızıl mədəninə hava hücumu nəticəsində 72 şaxtaçının öldüyü iddia olunur. Hücumun Misir Hərbi Hava Qüvvələ...