Kanada Aİ-yə assosiativ üzv olmaq istəyir
Kanadanın Baş naziri Mark Karni Avropa İttifaqı ilə əlaqələri gücləndirmək və ölkəsinin quruma assosiativ üzv statusu əldə etməsi imkanını nəzərdən keçirir.
BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri Ottava və Brüsseldəki mənbələrə istinadən yazıb.
Məlumata görə, Karni Avropa İttifaqının bir sıra liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makronla kanadalıların Aİ ölkələrində vizasız yaşamaq və işləmək imkanını müzakirə edir.
Tərəflər həmçinin sualtı kabel xətlərinin çəkilməsi, məlumat mərkəzləri, bulud infrastrukturu, yeni peyk şəbəkələri və Kanadanın enerji resurslarının Avropaya çatdırılması üçün infrastrukturun birgə qurulmasını müzakirə edirlər.
Kanadanın Avropa ilə əlaqələri ABŞ-la ticarət müharibəsinin kəskinləşdiyi bir vaxtda güclənir. Assosiativ üzvlük statusunun isə tam üzvlüklə müqayisədə daha məhdud hüquqlar, o cümlədən qərarlarda səsvermə imkanının olmaması ilə müşayiət oluna biləcəyi bildirilir.
Oxşar xəbərlər
Ərdoğan Suriyaya səfər edəcək? – Hakan Fidan açıqladı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfərinin planlaşdırıldığını açıqlayıb. BAKU.WS xəbər ver...