Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı
Türkiyənin köklü tekstil şirkətlərindən "Orta Anadolu" 73 illik fəaliyyətinin ardından istehsalı dayandıraraq qapılarını bağlayıb.
BAKU.WS xəbər verir ki, Kayseridə yerləşən şirkətin istehsal fəaliyyəti sentyabrın 11-də dayandırılıb, müəssisə isə sentyabrın 12-dən etibarən tamamilə bağlanıb.
1953-cü ildə fəaliyyətə başlayan şirkət 1986-cı ildən dünyanın tanınmış brendləri üçün premium denim parçalar istehsal edirdi. Şirkətin açıqlamasına görə, qlobal tekstil bazarında tələbin azalması, artan istehsal və maliyyə xərcləri, təchizat zəncirindəki problemlər və dəyişən ticarət şərtləri fəaliyyətin davam etdirilməsini çətinləşdirib.
Şirkət xərclərin azaldılması və yenidən strukturlaşdırma istiqamətində müxtəlif tədbirlər görsə də, mövcud iqtisadi şəraitdə istehsal modelinin davamlı olmadığı qənaətinə gəlib.
Jurnalist Fatih Altaylı isə "Orta Anadolu"nu Türkiyənin deyil, dünyanın ən mühüm denim istehsalçılarından biri kimi qiymətləndirib və şirkətin hər il yüz milyonlarla dollarlıq ixrac həyata keçirdiyini bildirib.
Oxşar xəbərlər
Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın dizel yanacağının Amerika və qlobal bazarlara genişmiqyaslı təda...