ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşdü
Hadisə 1247
ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb.BAKU.WS-in APA-ya istinad'n verdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində qeydə alınıb. Bakı şəhər sakini Lala Hüseynlinin idarə etdiyi “KİA” markalı avtomobil ABŞ-ın Bakıdakı səfirliyinə məxsus, Katerina Karridianın idarə etdiyi “Honda” markalı, 006 D 004 dövlət qeydiyyat nişanlı maşına çırpılıb. Səfirliyə məxsus avtomobil zərbənin təsirində qabaqda hərəkətdə olan, Anar Nəbiyevin idarə etdiyi “Honda” markalı maşına dəyib.Qəza nəticəsində xəsarət alan olmayıb. Hər üç avtomobilə ziyan dəyib.Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda polis avtomobili qəzaya düşüb

Bakıda polis avtomobili qəzaya düşüb

Bakıda polis avtomobili qəzaya düşüb.BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Bakıxanov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, Sərdar İsg...

1269 Hadisə 14:20 04 sentyabr 2017

Son xəbərlər