SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Xəbər verdiyimiz kimi, dünən Milli Təhlükəsizlik Nazirliyinin daha üç əməkdaşı həbs olunub.


BAKU.WS
-in virtualaz.org saytına istinadən verdiyi məlumata görə, həbs olunan MTN əməkdaşları barəsində Səbayel Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Sayt həbs olunanlardan birinin adını da açıqlamışdı. O, Mehman Abdullayevdir.


"Qafqazinfo” isə həbs olunan MTN-in digər iki əməkdaşının kimliyi ilə bağlı məlumat əldə edib. Həmin şəxslər Orxan Osmanov və Akif Əliyevdir. Onların hər ikisi Akif Çovdarovun rəhbərlik etdiyi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində işləyib. Akif Əliyev sözügedən idarədə rəis, Orxan Osmanov isə onun köməkçisi olub.


Qeyd edək ki, bir neçə gün əvvəl Akif Çovdarovun da həbs xəbəri yayılmışdı.


BAKU.WS