Azərbaycandan tranzit keçməklə Ermənistana arpa və buğda göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 20 vaqondan ibarət, çəkisi 1400 ton olan arpa və 21 vaqondan ibarət, çəkisi 1469 ton olan buğda Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 60 min tona yaxın taxıl, 9 min tondan çox gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 608 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 17 min tona yaxın dizel, 5 min tona yaxın "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.
Oxşar xəbərlər
Şahin Nağıyev: Haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
"2026-cı ilin yanvar-iyul aylarında haqsız rəqabətin qarşısının alınması istiqamətində 37 araşdırma aparılıb". BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Respublik...