33 il sonra nəşinin qalıqları tapılan Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub
1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı itkin düşən, Vətən müharibəsindən sonra nəşinin qalıqları tapılan Mədinə Babayeva 33 ildən sonra doğma yurdunda torpağa tapşırılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1905-ci il təvəllüdlü Babayeva Mədinə Rəhim qızı Kəlbəcər rayonunun Daşbulaq kənd qəbiristanlığında dəfn edilib.
Dəfn mərasimində mərhumun yaxınları, Daşbulaq kənd sakinləri, şəhid ailələri, qazilər, dövlət qurumlarının nümayəndələri və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər. Mədinə Babayeva doğma kəndində son mənzilə yola salınıb, ruhuna dualar oxunub.
Qeyd edək ki, Mədinə Babayeva 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Daşbulaq kəndinin işğalı zamanı itkin düşmüşdü. Uzun illər itkin hesab olunan Mədinə Babayevanın nəşi Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının koordinasiyası ilə həyata keçirilən axtarış və eyniləşdirmə tədbirləri nəticəsində müəyyən olunaraq ailəsinə təhvil verilib.
Oxşar xəbərlər
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin vəsatətlərinə baxılıb
İyulun 3-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri,...