BAKU.WS-in əldə etdiyi məlumatda qeyd edilir ki, “Standard İnsurance Georgia” şirkətində çox sayda erməni işləyir. Bu iddiaları təsdiqləyən görüntülərdə Teymuraz Simonyan adlı erməni işçisinin imzası, həmçinin erməni Simonyanın sığorta şirkətinin rəsmi e-mailindən istifadə etdiyi əks olunub. Teymuraz Simonyanın şirkət e-maili ilə yazışmasında vəzifəsinin satış koordinatoru olduğu aydın olur.
Qeyd etmək lazımdır ki, hətta SOCAR kimi nəhəng bir şirkət və Azərbaycanın digər iri şirkətləri belə bu sığorta şirkətində sığorta olunublar. Simonyan və digər soydaşları erməni şirkətlərinin də Azərbaycan şirkəti ilə əməkdaşlığını təmin etmək üçün çalışır.
BAKU.WS məsələ ilə bağlı “Standard İnsurance” şirkətinin mövqeyini öyrənmək üçün müraciət edib. Şirkətdən bildirilib ki, gün ərzində yayılan məlumatlara rəsmi cavab veriləcək.
Nazim
BAKU.WS