“Bank Standard” əmanətçilərinə 435 mln. 814 min manat ödədi
"Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 435 mln. 814 min manat artıq kompensasiya ödənişi baş tutub.
BAKU.WS oxu.az-aistinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib.
Məlumata görə, belə ki, ümumi kompensasiya öhdəliyinin 99%-i əmanətçilərə ödənilib.
Qeyd edək ki, ötən il ərzində ölkədə ümumilikdə 11 bank ("Parabank”, "Zaminbank” "Kredobank”, "Dekabank”, "Bank Standard”, "Atrabank”, "Qafqaz İnkişaf Bankı”, "Bank of Azerbaijan”, "Gəncəbank”, "Texnikabank” - red.) bağlanıb.
ADİF-dən bildirilib ki, ümumilikdə Fond tərəfindən bağlanan baklar üzrə 726 milyon 169 min manatdan artıq kompensasiya ödənilib.
Xatırladaq ki, "Bank Standard”da kompensasiya olunmalı cəmi əmanətlərin həcmi 460 milyon manatdır.
BAKU.WS
Oxşar xəbərlər
Bağlanan bankların əmanətçilərinə kompensasiyaların yarıdan çoxu ödənilib
Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensas...