Bağlanan banklarda pulu olanlara şad xəbər

Bağlanan banklarda pulu olanlara şad xəbər
İqtisadiyyat 1731

 

Lisenziyası ləğv edilən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 4 milyon 248 min 753 manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 3 milyon 862 min 356 manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 47 min 294 manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 763 min 466 manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) BAKU.WS-ə bildiriblər ki, ümumilikdə həmin 4 bank üzrə 9 milyon 921 min 869 manatdan artıq kompensasiya ödənilib.

Qeyd edək ki, avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. İyulun 25-də sığorta hadisəsi baş vermiş 4 bankın qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin baş ofisinə, "Parabank" ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.

Qorunan əmanətçilərin kompensasiya almaq üçün ərizə formalarını sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə etmək mümkündür.

BAKU.WS

Son xəbərlər