SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 1-də məcburi köçkünlər yaşayan yataqxanada güclü yanğın başlayıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edir. Binanın bir bloku tamam yanıb. Yanğın yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Vəziyyəti nəzarətə almaq üçün əlavə yanğınsöndürmə briqadalarının əraziyə cəlb edilməsi xahiş edilib. 
 
Hadisə nəticəsində xəsarət alan yoxdur. Yataqxanada yaşayan insanlar təxliyə olunub.
 
BAKU.WS