12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Masallıda dava zamanı ölən məktəblinin şəxsiyyəti məlum olub.

"Report"un Cənub bürosu xəbər verir ki, bu, 2000-ci il təvəllüdlü Əliyev Kənan Teymur oğludur. Onun meyiti müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Kənan ilə dalaşan digər məktəbli polis tərəfindən ifadəsi alınması üçün saxlanılıb.

Qeyd edək ki, Masallı rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbin ərazisində məktəblilər arasında dava ölümlə nəticələnib. Dava Kənan və Həsənağa adlı məktəblilər arasında düşüb. Nəticədə 17 yaşlı Kənan gicgah nahiyəsində aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
 
BAKU.WS
[xfgiven_instagram3]
VİDEO
[/xfgiven_instagram3]