26 yaşlı gənc bıçaqlanıb
22
apr
2018
13:17
Sabirabadda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS APA-ya istinadla verdiyi məlumata görə, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan mərkəzi şəhər xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Neftçalada kütləvi dava — 3 nəfər bıçaqlandı
Neftçala rayonunda kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xolqarabucaq kəndi ərazisində qeydə alınıb.İ...