SİZİN REKLAM BURADA!
055 213 76 73


 

İmişli rayonunda dünən baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BAKU.WS lent.az-a istinadən bildirir ki, rayonun P.Həsənov küçəsində yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq həyatına son qoyan 48 yaşlı Səidə Şahbazovanın oğlu nişanlı olub. Ailə yaxın vaxtlarda toy etməyə hazırlaşırmış və hələlik dəqiqləşməmiş səbəblərdən 48 yaşlı qadın intihar edərək həyatına son qoyub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 
BAKU.WS