Azərbaycanda DƏHŞƏT: 12 yaşlı uşağı ilan sancıb
09
may
2024
13:06
Ağdamda 12 yaşlı uşağı ilan sancıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində qeydə alınıb.
Kənd sakini Piriyev Canpolad Xasay oğlu həyətdə oynayarkən ilan onu sol ayağından sancıb. C.Piriyev təcili yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, ilkin müayinə olunub və xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda həyatı təhlükə yoxdur.
Oxşar xəbərlər
Ağdamda baş verən partlayışda xəsarət alan ANAMA əməkdaşının son durumu AÇIQLANDI - YENİLƏNİB
“Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlaması nəticəsində xəsarət alan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Anar Mürşüd oğlu...