Qəzalı vəziyyətə düşmüş körpünün təmirinə başlanılır - RƏSMİ AÇIQLAMA/VİDEO
Girdiman çayı üzərində yerləşən və Ağsu və Kürdəmir rayonlarını birləşdirən körpü qəzalı vəziyyətdədir.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, körpüdə iri yarıqlar və çalalar var. Yerli sakinlər qeyd edir ki, burada dəfələrlə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, məsələdən xəbərdardırlar, bu barədə tədbir görüləcək:
"Yolda yaranmış çalalar son yağıntılardan sonra əmələ gəlib. Hava şəraiti təmirə imkan vermirdi. Artıq tapşırıq verilib, qısa zamanda tədbir görüləcək".
Qəzalı körpünün görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...