Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb

10
dek
2023
12:12
Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, dekabrın 9-u saat 21 radələrində Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub.
Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Maşın eyni anda 2 piyadanı vurub öldürdü - YENİLƏNİB - VİDEO
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. İdarədən BAKU.WS-ə daxil olan məlumatda d...
