Maşın eyni anda 2 piyadanı vurub öldürdü - YENİLƏNİB - VİDEO

Maşın eyni anda 2 piyadanı vurub öldürdü - YENİLƏNİB - VİDEO
Video
Hadisə 412

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

İdarədən BAKU.WS-ə daxil olan məlumatda deyilir:

"Bu gün saat 03:15 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən keçən 65-ci kilometrliyində Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə paytaxt istiqamətində hərəkətdə olarkən yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlunu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlunu vurub, eyni anda sonuncuya məxsus “Mercedes” markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılıb.

Qəza nəticəsində S.Cəfərov və E.Qurbanov hadisə yerində həlak olublar. Faktla bağlı araşdırma aparılır".

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onlardan xüsusilə günün qaranlıq vaxtı, eləcə də məhdud görünmə şəraitində avtomobillərinin dayanma, durma, yaxud parklanması zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxslərdən isə avtomobillərini təcrübəsiz və müvafiq idarəetmə hüququ olmayan şəxslərə etibar etməkdən çəkinməyi xahiş edir.

***10:30

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, Bakı-Ələt yolunda 1995-ci il təvəllüdlü İbrahim Əsədzadə idarə etdiyi “Chevrolet” markalı avtomobillə 2 piyadanı vurub. Nəticədə piyadalar - 1967-ci il təvəllüdlü Səyavuş Cəfərov və 1985-ci il təvəllüdlü Emil Qurbanov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb.

İlkin araşdırma zamanı məlum olub ki, vəfat edən piyadalar magistral yolun kənarında dayanıbmış. Belə ki, S.Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobili magistral yolun 65-ci kilometrliyində saxlayaraq sərnişini ilə birlikdə yerə düşüb. Bu zaman sürətlə hərəkətdə olan “Chevrolet” onların ikisini də vurub öldürüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Son xəbərlər