Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü

Hacıqabulda dəhşətli gecə: eyni gündə üç nəfər öldü
Hadisə 2694

Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, yanvarın 28-də saat 2 radələrində Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində Bakı şəhər sakini X.Şahmuradov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Quba rayon sakini Vahid Yusifovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Digər YNH-si saat 2 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində baş verib.

Belə ki, müəyyən edilməmiş avtomobil yolu keçən Ağdam rayon sakini Adil Kərimov vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "MAN" markalı avtomobilin sürücüsü, Qobustan rayon sakini O.Güləliyev saxlanılıb.

Başqa bir yol-nəqliyyat hadisəsi yanvarın 28-də saat 22 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində baş verib.

Nazirliyin məlumatında qeyd edilir ki, Bərdə rayon sakini Vüsal Adıgözəlov idarə etdiyi "Mercedes" markalı avtomobili qarşıda gedən Goranboy rayon sakini M.Cəfərovun idarə etdiyi "KamAZ" markalı avtomobilə vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər üç hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub

Piyadanı vurub öldürərək hadisə yerindən qaçan sürücü tutulub

Hacıqabul rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon əraz...

309 Hadisə 16:23 28 yanvar 2020

Son xəbərlər