Yevlaxda iki avtomobil toqquşub, dörd nəfər xəsarət alıb

03
dek
2023
23:44
Yevlax rayonunun Tanrıqullar kəndində baş verən ağır yol qəzasında dörd nəfər xəsarət alıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayon ərazisindən keçən hissəsində iki minik avtomobil toqquşub.
Qəzada 1982-ci il təvəllüdlü V. Hüseynov, 1987-ci il təvəllüdlü T. Əliyev, 1987-ci il təvəllüdlü R. Şaqavatov və həmçinin onun həyat yoldaşı xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Kürdəmirdəki qəzada yaralananların 3-ü uşaqdır - TƏBİB-dən AÇIQLAMA - FOTO/VİDEO - YENİLƏNİB
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karrar kəndi ərazisindən keçən hissəsində baş verən hadisə ilə əlaqədar TƏBİB-in t...
