19 yaşlı qız görüşə gedərkən yolda dondu - VİDEO
ABŞ-ın Minnesota ştatında əsl möcüzə baş verib.
BAKU.WS-in xezerxeber.az saytına istinadən verdiyi xəbərdə bildirilir ki, 19 yaşlı Cin Hiliard dostu ilə görüşə gedib. Yolda maşını xarab olan qız təyin olunmuş yerə piyada getməyə başlayıb. Cin yorulduğu üçün görüş yerinə 5 metr məsafədə yıxılıb.
Dostu onun "ruh kimi” ağarmış bədənini səhər aşkarlayıb. O, Hiliardı dərhal yaxınlıqdakı xəstəxanaya çatdırıb. Həkimlər müəyyən ediblər ki, onun ürəyi zəif də olsa döyünür. Lakin qızın bədəni o qədər donub ki, ona iynə vurmaq mümkün olmayıb. Onlar xəstəni sadəcə termoədyalla bürüyüblər.
12 saatdan sonra qız özünə gəlib. Elə həmin gün Cin əl və ayağını tərpədə bilib. 2 gündən sonra isə o, xəstəxanadan evə buraxılıb.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Tovuzda 70 yaşlı xəstə aptekə gedərkən yolda dünyasını dəyişib
Tovuz sakini yolda vəfat edib. Hadisə rayonun Avaztəpə kəndində baş verib. Kənd sakini, 70 yaşlı Zahid Cəlilov avtomobildən düşərək öskürməyə başlayıb və bir m...