Çeçenistanın azərbaycanlı naziri: Kadırov mənə şərt qoydu

Çeçenistanın azərbaycanlı naziri: Kadırov mənə şərt qoydu
Sosial 2485
 

42 yaşlı azərbaycanlının Çeçenistanın səhiyyə naziri  təyin olunmasını eşidəndə dərhal sevinc hissilə beynimdən keçirdim ki, görəsən,onunla görüşə bilərəm? Düz 40 gündən sonra bu arzumu birbaşa Çeçenistanın paytaxtına səfər etməklə reallaşdıra bildim. Gərgin iş qrafiki olsa da, təxminən 4 saat gözlədikdən sonra gənc həmyerlimizi görə bildik. Bu da Azərbaycanın yetirməsi Elxan Süleymanov.

Milliyyətcə ləzgi olan, valideynləri Qusarın Həzrə kəndindən olan Elxan Bakıdakı 245 saylı məktəbi bitirib. O, Azərbaycan Tibb Universitetini 1998 ci ildə qırmızı diplomla başa vurub. Ali təhsilinin ilk günlərindən onkologiya sahəsinə üstünlük verib və deyir ki, ilk internaturasını Azərbaycanın Milli Onkologiya Mərkəzində keçib və Mərkəzin rəhbəri Cəmil Əliyevi də özünün ilk müəllimlərindən sayır.

"İnternatura vaxtı onun şöbəsində işləmişəm, səmimi münasibətlərimiz var, dostluq əlaqələrimiz var. 2 həftə bundan qabaq rəsmi teleqram aldım. Təbriklərnən" - deyə Elxan Süleymanov bildiridi.

 

Bəs görəsən, Elxan necə olub ki, Ramzan Kadırovu tanıyıb və bu posta yüksəlib? Müsahibə zamanı olduqca səmimi olan Elxan Süleymanov Çeçenistan liderini 10 il əvvəl Moskvada  Onkologiya Mərkəzində işləyərkən adi bir təsadüf nəticəsində tanımasından danışdı. "Təsadüfən oldu. Onun dostu xəstə idi, mən həkimi idim. O indi də salamatdı. Ondan sonra dostluq münasibətlərimiz yarandı. Çətin xəstələr olanda Çeçenistandan, həmişə mən kömək eləyirdim, mənim sahəm olsa, özüm müalicə edirdim, başqa bir istiqamət olanda təşkil edirdim ki, ən yüksək səviyyədə müalicə olunsunlar."

Çeçenistanda onkologiya sahəsindəki vəziyyətin olduqca kritik və zəif olması isə gənc azərbaycanlı alimin dostu Ramzan Kadırovdan bu ölkəyə dəvət alması ilə nəticələnib. Elxan Süleymanov deyir ki, 2 il Ramzan Kadırov ona şərt qoyub ki, "əgər mənim dostumsansa çeçenistana gəlməlisən."  Onun sözlərinə görə, ölkədə Milli Onkologiya Mərkəzi çox pis vəziyyətdə idi, çərrahiyyə əməliyyatı olunmurdu, kimya-terapiya olunmurdu. şüa müalicəsi yox idi.

 2014 cü ilin martından Moskvadan Qroznıya köçən Elxan Süleymanov bu respublikada onkologiyadakı geriliyi aradan qaldıra bilib, mərkəzin baş həkimi kimi ilk növbədə xəstəxananı müasir avadanlıqlarla təchiz edərək müalicə üçün xaricə üz tutan vətəndaşların yerli xəstəxanada müalicəsini təmin edə bilib. Nəticədə Rusiyanın ayrı ayrı şəhərlərindən Çeçenistana onkoloji xəstələrin axını başlayıb.

Bu müsbət dəyişiklik Çeçenistan prezidentini etimadını doğruldan dostu barədə daha bir qərar verməyə sövq edib. Bu il aprel ayının 28 də Azərbaycan təhsili və səhiyyəsinin yetirməsi Elxan Süleymanov bu ölkənin səhiyyə naziri postuna təyin olunub. Bu təyinat Azərbaycanda hər kəsin ürəyincə  olduğu kimi, ata yurdu Qusarda da xüsusi sevinclə qarşılanıb.

ANSPRESS

BAKU.WS

Oxşar xəbərlər

Ramiz Mehdiyevin Çeçenistana səfərinin məqsədi məlum oldu

Ramiz Mehdiyevin Çeçenistana səfərinin məqsədi məlum oldu

Azərbaycan prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mayın 23-də Çeçenistana səfər edib. Onun səfəri barədə məlumatları Çeçenistanın səhiyyə nazir...

3668 Siyasət 12:17 24 may 2016

Son xəbərlər