Kadirov ATU-nun məzununu nazir təyin etdi (FOTO)
Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin müvəqqəti icraçısı Ramzan Kadırov Azərbaycan Tibb Universitetinin (ATU) məzunu Elxan Süleymanovu yeni səhiyyə naziri təyin edib.
BAKU.WS məlumat verir ki, bu barədə Kadirov şəxsi Instagram hesabında məlumat verib:
"Bu gün mən yeni səhiyyə naziri təyin etdim. Bu vəzifəni təcrübəli həkim, səhiyyə təşkilatçısı, gözəl mütəxəssis Elxan Süleymanova həvalə etdim. Mən bir neçə ilə əvvəl onu Moskvadan Qroznıya gəlməyə və Onkoloji Dispanserə rəhbərlik etməyə razı salmışdım Eyni zamanda onu Çeçenistan Respublikası rəhbərinin səhiyyə məsələləri üzrə məsləhətçisi vəzifəsinə təyin etmişdim",- deyə o bildirib.
Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib. Bundan əvvəl Çeçenistanın səhiyyə naziri Musa Əhmədov olub.
BAKU.WS
Oxşar xəbərlər
Tibb Universitetinin rektoru dəyişdirildi
Azərbaycan Tibb Universitetinə yeni rektor təyin olunub. BAKU.WS məlumat verir ki, bu haqda Lent.az-a Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbə...