Bakıda 1 yaşlı körpə yol qəzasında ağır xəsarət alıb

31
mar
2023
08:57
Bakının Xətai rayonunda 1 yaşlı körpənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Babək prospektində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2022-ci il təvəllüdlü D.Ağazadə xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
İmişlidə iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb
İmişli rayonunda iki yaşlı körpə yol qəzasında ağır xəsarət alıb. “Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2021-ci il təvəllüdlü Rza R...
