Azərbaycanda oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ilin 9-cu siniflər üçün buraxılış imtahanlarının təhlili göstərir ki, oxuyub-yazmağı bacarmayan şagirdlər var.
BAKU.WS Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci sayında dərc olunub.
Məlumata görə, imtahan verən 9-cu sinif şagirdlər arasında 6 nəfərin oxuyub-yazmağı bacarmadığı aşkarlanıb.
"Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən bu faktın, əslində, daha çox olduğunu ehtimal etmək olar. Rayonlar üzrə oxumağı və yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin sayı belədir: Gəncə şəhəri, Balakən, Beyləqan, Ağsu, Zərdab və Suraxanı rayonlarının hərəsində 1 nəfər", - məlumatda qeyd edilib
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...