SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıblar.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, xilasedicilər dağıntılar altında olan tələbələrimizin adlarını səsləyiblər, onlar cavab veriblər. S.Quliyev, Ş.Verdiyev, H.İsmayıllı və G.Nəzərzadə Malatyadakı İnönü Universitetinin tələbələridir.

Qeyd edək ki, güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3 471 bina dağılıb.

Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

***22:50

Malatyada dağıntılar altında qalan dörd nəfər tələbəmiz xilasedicilər tərəfindən tapıblar.

Bu barədə “Azərbaycan universitetləri” “Facebook” səhifəsində paylaşım edilib.

Qeyd edilib ki, dağıntılar altında olan tələbələrimizin adları səslənib, tələbələr cavab veriblər və onların hər biri sağdır.

Həmin tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir.

Həmin tələbələrin fotolarını təqdim edirik:

***20:36

Malatyada dörd azərbaycanlı tələbə barədə xəbər yoxdur.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov AZTV-yə müsahibəsində deyib.

"Kahramanmaraşda 100 tələbəmiz var. Onlarla əlaqə yaratmışıq, hamısı qaydasındadır. Təəssüflər olsun ki, Malatyada binanın çökməsi nəticəsində orada yaşayan 4 azərbaycanlı tələbə itkin düşüb. Onlardan hələ xəbər ala bilməmişik", - səfir bildirib.

Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində 1 541 nəfər həyatını itirib, 9 733 nəfər yaralanıb.

BAKU.WS