Alimin güclü zəlzələ proqnozu düz çıxır – Türkiyə silkələndi (VİDEO)

Alimin güclü zəlzələ proqnozu düz çıxır – Türkiyə silkələndi (VİDEO)
Video
Hadisə 4933
Dünyaca məşhur niderlandlı zəlzələ mütəxəssisi Frenk Huqerbitsin verdiyi təbii fəlakətlə bağlı proqnozu özünü doğruldub.BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, alimin bu günə verdiyi zəlzələ proqnozu gecə saatlarında Türkiyədə meydana gəlib.
Türkiyənin Çanakkala bölgəsində 5.4 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar bir neçə dəfə təkrarlanıb.
Bu səbəbdən də, insanlar gecəni səhərə qədər çöllərdə keçiriblər. Yeraltə təkanlar İstanbul və Egedə də hiss edilib.
Bu gün səhər 10-dan çox kənd və rayonda orta məktəblərdə dərslər dayandırılıb.
Bölgədəki 10-a yaxın kəndlərdə evlərdə dağıntılar qeydə alınıb. Ölən olmadığı bildirilir. Qeyd edək ki, Frenk Huqerbitsin verdiyi zəlzələ proqnozu ilk olaraq Türkiyədə qeydə alınsa da, bu gün digər ərazilərdə də yeraltı təkanların qeydə alına biləcəyi ehtimal edilir.

Bu proqnozla bağlı azərbaycanlı alimlər də öz fikirlərini bildiriblər. Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli guya 21 fevralda Yer kürəsində 8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Alim deyib ki, Azərbaycanda heç bir dağıdıcı zəlzələnin baş verəcəyi ehtimal olunmur: “Dünyada hər gün müxtəlif bal gücündə zəlzələlər olur. Ümumiyyətlə, il ərzində Yer kürəsində 100 min zəlzələ hadisəsi qeydə alınır.Bunların arasında dağıdıcı zəlzələlər də baş verir. Qeydə alınan zəlzələlərin əksəriyyəti 5,5-8 bal arasında özünü göstərir. Hətta yaxın keçmişə nəzər yetirsəniz, dünyanın bir çox ölkələrinin zəlzələdən əziyyət çəkdiyini görəcəksiniz”. Baş direktorun sözlərinə görə, Azərbaycanın seysmik zonalarında davam edən afterşokların azaldığı müşahidə olunur: “Fevralın 5-dən bu günə qədər, təxminən, 600-dən çox afterşoklar qeydə alınıb.Zəlzələdən sonra afterşokların davam etməsi normaldır. Tədricən sona çatacaq. Çünki yerin altında enerji boşalması gedib. Əvvəllər gün ərzində 20-30 afterşok qeydə alınırdısa, artıq afterşokların günlük sayı 5-6-ya düşüb”. O əlavə edib ki, dağıdıcı zəlzələlər hər zaman ola bilər:“Amma yaxın zamanda Azərbaycanda heç bir dağıdıcı zəlzələlərin baş verəcəyi ehtimal olunmur”. Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli isə BAKU.WS-ə açıqlamasında bildirib ki, dünyanın heç bir yerində zəlzələ olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.
“Qısamüddətli proqnozu nəinki Azərbaycanda, bütün dünyada demək qeyri-mümkündür”, - deyə Tahir Məmmədli bildirib. Ziya SƏCCAD BAKU.WS

Oxşar xəbərlər

"Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək" - Seysmoloji Mərkəz

"Təkanlar zəlzələ ocaqları sönənə kimi davam edəcək" - Seysmoloji Mərkəz

Fevralın 5-də baş verən zəlzələdən sonra İsmayıllı və Ağsuda afterşokların qeydə alınması hələ də davam edir.BAKU.WS xəbər verir ki, bunu Trend-ə Azərbaycan Mil...

888 Sosial 23:30 08 fevral 2019

Son xəbərlər